AZ

Gürcüstan xüsusi təyinatlılarının rəhbəri istefa verdi

Gürcüstan Xüsusi Təyinatlı Qüvvələrinin rəhbəri, xalq arasında “Xereba” kimi tanınan Zviad Xarazişvili vəzifəsini tərk edib – onun yerinə Roman Kartsivadze təyin edilib.

Publika.az xəbər verir ki, bu barədə “Novosti-Qruziya” ölkənin Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Daxili İşlər Nazirliyi “Azadlıq” radiosunun Gürcüstan xidmətinə bildirib ki, Xareba istefa verib və bu, “şəxsi qərardır”.

“Novosti-Qruziya”nın qeyd etdiyi kimi, hakim partiya daha əvvəl müxalifət mediasında nümayişçilərə qarşı qəddar hərəkətlərinə görə Qərbin sanksiyaları altında olan Xarazişvilinin istefa verməsi ilə bağlı xəbərləri təkzib etmişdi.

Seçilən
58
publika.az

1Mənbələr