AZ

“Şişirtməyə ehtiyac yoxdu” – AFFA rəsmisi Sumqayıtdakı qalmaqal haqda

Ölkəmizin U-21 Monteneqro ilə Sumqayıtdakı oyunundan sonra dava düşdü. Monteneqrolu gənclər baş hakim Rəşad Əhmədovu suçlayıb, üstünə düşdülər. Futbolçularımız isə referini qorudu, belədə qarşıdurma yarandı.

Monteneqro Futbol Federasiyası UEFA-ya şikayət edibmi? AFFA ilə bu ölkənin futbol qurumu arasında münasibətlər yolundadımı?

Sualları AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədliyə ünvanladıq:
“Futbolda belə hallar olur. Meydanın içində baş verən hadisə idi. Oyunun sonları gərgin keçdiyindən mübahisə yarandı. Lakin hər şey meydanda qaldı. Oyundan sonra hansısa gərginlik olmayıb. Monteneqro Futbol Federasiyasının hansısa şikayət göndərəcəyinə inanmıram. Çünki onların futbolçuları mübahisəyə başladı. Bir daha təkrar edirəm ki, futbolda ola biləcək hadisədi, bunu çox da şişirtməyə ehtiyac yoxdu”.
MÜZƏFFƏR QULUZADƏ
Seçilən
59
1
football-plus.az

2Mənbələr