Bakı. Trend:
Viləşçay su anbarının suvarma şəbəkəsi tikiləcək.
Trend xəbərverir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA)tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlıişlərə yekun vurub.
Qurum suvarma şəbəkəsinin tikintisinin layihə-smeta sənədlərininhazırlanması işlərini "Hydrotrans Engineering Mühəndislik Mərkəzi"Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqaviləbağlayıb.
Müqaviləyə əsasən, şirkətə 1 709 999 manat ödənilib.
Bir müddət əvvəl Viləşçay su anbarının II növbəsinin tikintisiilə bağlı müvafiq işlərə başlanıldığı bildirilirdi.
Qeyd edək ki, Viləşçay su anbarı əkinlərin suvarma suyunatələbatının ödənilməsi məqsədilə tikilib və 1986-cı ildə istismaraverilib.
Masallı rayonunda Viləşçayın üzərində tikilən su anbarının həcmi46,0 mln. m³, topaq bəndinin hündürlüyü 37 m və üstdən uzunluğu 3,2km-dir.