AZ

Dünyanın ən güclü futbol liqaları bəlli oldu

"Opta" analitik şirkəti başa çatmış mövsümün nəticələrinə əsasən, dünyanın ən yaxşı milli futbol çempionatlarının reytinqini tərtib edib.

 

Müvafiq məlumat şirkətin saytında dərc olunub.

 

Dünyanın ən yaxşı liqalarının ilk üçlüyünü İngiltərə Premyer Liqası, İtaliya A Seriyası və İspaniya La Liqası formalaşdırıb.

 

Həmçinin ilk onluğa Almaniya, Fransa, Belçika, Portuqaliya, Braziliya və Niderlandın elit divizionları, eləcə də İngiltərə Çempionşipi daxil olub.

 

Reytinq tərtib edilərkən dünya üzrə 15 min klubun göstəriciləri nəzərə alınıb.

 

Oxu.az

Tarix: 11 İyun 2025, 00:31   
Seçilən
45
4
pravda.az

5Mənbələr