AZ

“Təhminə” filminin Mədinəsi insult keçirib - FOTO+ÖZƏL

“Təhminə” filminin Mədinəsi-aktrisa Larisa Xələfova insult keçirib. Bu haqda məlumatı kastinq direktoru Səbuhi Məmmədova Moderator.az-a verib:
 
“Rusiyada “Rusiya Kastinq Direktorları Birliyi” var. Mən də oranın üzvüyəm. Həmin birliyin də vatsap qrupları mövcuddur. Gördüm qrupda kastinq direktorlarından biri paylaşıb ki, Larisa Xələfova insult keçirib. Həmin qadın da Larisa xanımla rəfiqədir. Qruplarda dəstək üçün paylaşmışdılar. Hətta orada bank hesabını da yazmışdılar. Buna qızı Elnarə xanım nəzarət edir” deyə o bildirib.
Səbuhi Məmmədov Larisa Xələfovanın hansı işdə çalışdığını da bildirib:
 
“Larisa xanım hazırda aktrisa olaraq çalışmır. O özü də kastinq direktorudur. Öz agentliyi də var. Sözün düzü zəng edib, əlaqə saxlamamışam. Bilirəm ki, xəstədir, telefonu götürməyəcək” deyə o bildirib.
Seçilən
65
moderator.az

1Mənbələr