AZ

Zaxarova “Rossiya Seqodnya”nın Almaniyadakı ofisinin rəhbərinin ailəsinə edilən hücumu pisləyib

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniya polisinin “Rossiya Seqodnya” media qrupunun Berlindəki ofisinin rəhbəri Sergey Feoktistovun həyat yoldaşı və qızının pasportlarını müsadirə etmək qərarını pisləyib...

Poliqon xəbər verir ki, bu barədə RİA Novosti nəşri məlumat yayıb.

Diplomatın sözlərinə görə, alman tərəfinin hərəkətləri Üçüncü Reyx dövründə polisin hərəkətlərinə bənzəyir.

“Onlar ictimaiyyət nümayəndələri ilə eyni cür davranırdılar, arzuolunmaz jurnalistlərlə və redaksiyalarla da eyni şəkildə davranırdılar”,o, deyib.

Zaxarova qeyd edib ki, Almaniyadakı təbliğat sistemi ölkə hakimiyyətinin təklif etdiyi alternativ nöqteyi-nəzəri məhv etmək oyununu oynayır.

O, həmçinin bildirib ki, Rusiya Federasiyası Berlinin Feoktistova qarşı aqressiv hərəkətlərinə qanun çərçivəsində cavab verəcək. Diplomat Rusiya Federasiyasının alman jurnalistlərə qarşı müvafiq tədbirlər görəcəyini bildirib 

Poliqon.info 

Seçilən
47
poliqon.info

1Mənbələr