AZ

"Milan"ı "Napoli"yə dəyişə bilər

"Milan"ın futbolçusu Yunus Musa komandasını dəyişməyə yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, ABŞ millisini təmsil edən mərkəz yarımmüdafiəçisi artıq "Napoli" ilə müqavilə imzalamaqla bağlı bütün nüansları həll edib.

Musanın qabiliyyətini yüksək qiymətləndirən Neapol təmsilçisinin məşqçisi Antonio Konte şəxsən bu transferdə maraqlı idi.

22 yaşlı Yunus Musa böyüklər karyerasına "Valensiya"da başlayıb. Ötən mövsüm o, 40 matçda meydana çıxıb və 3 məhsuldar ötürmə verib. Transfermarkt portalı futbolçunun dəyərini 22 milyon avro qiymətləndirir.

Seçilən
34
90deqiqe.az

1Mənbələr