AZ

Qəzalı binada hələ də yaşayış var – Sakinlər narahatdır – VİDEO

Ucar rayonu, Oğuz kücəsi, “Pambıq zavodu” adlanan ərazidə 100-dən çox yaşı olan bina qəzalı vəziyyətdədir.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, bina qəzalı vəziyyətdə olduğu üçün sakinlər nə rahat yaşaya, nə də sata bilirlər.

Binanın tavanı yoxdur, çöldən görünüşü olsa da mənzillərin divarları çat-çat olub tökülür. Burada yaşayanlar təhlükə ilə üz-üzədirlər.

Bina sakinləri bildirir ki, onlarla maraqlanan yoxdur. İstismar müddətini çoxdan başa vurmuş bina isə artıq yaşayış üçün yararlı deyil.

Məsələ ilə bağlı Ucar Mənzil istismar sahəsinin rəisi Tural İsmayılov “Xəzər Xəbər”ə bildirdi ki, sözügedən binanın qəzalı olmağından xəbərdardırlar. Dəfələrlə yüngül təmir bərpa işləri görülsə də, buna baxmayaraq, yenə istismar müddətini bitirib.

Bildirilib ki, qeyd olunan binaya baxış kecirildikdən sonra Fövqəladə hallar nazirliyinə məlumat veriləcək. Həmin qurumun rəyindən sonra qərar qəbul ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

 

Seçilən
72
nocomment.az

1Mənbələr