AZ

"Real Madrid"dən "Yuventus"a

Madrid “Real”ının cinah müdafiəçisi Fran Qarsiya karyerasını İspaniya La Liqasından İtaliya A Seriyasında davam etdirə bilər.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən yaydığı məlumata görə, 25 yaşlı futbolçunun xidmətində  “Yuventus” maraqlıdır. “Ağ-qara”lar ispaniyalı müdafiəçini ya icarəyə götürmək, ya da birdəfəlik transfer etmək niyyətindədir.

Turin təmsilçisi artıq futbolçunun agenti ilə əlaqə saxlayıb. Klub rəhbərliyi oyunçunun transferi üçün 20-25 milyon avro aralığında təklif irəli sürməyə hazırdır.

Geridə qalan 2023/24 mövsümündə Fran Qarsiya La Liqada “Real”ın heyətində 31 matçda iştirak edib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qarsiyanın Madrid klubu ilə olan müqaviləsi 2027-ci ilin iyun ayına qədər qüvvədədir. Hazırda onun transfer dəyəri 18 milyon avro olaraq qiymətləndirilir.

Seçilən
100
24
90deqiqe.az

10Mənbələr