BAKI, TurkicWorld
ABŞ və Rusiya nümayəndə heyətləri arasında növbəti görüşün yaxın zamanda Moskvada keçirilməsi gözlənilir.
TurkicWorld xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev TASS-a müsahibəsində bildirib.
"Əminliklə deyə bilərəm ki, növbəti görüş çox yaxın zamanda Moskvada baş tutacaq" – deyə, səfir müvafiq sualı cavablandırarkən qeyd edib.
O, jurnalislərin ABŞ-ın hazırkı administrasiyasının Rusiya ilə münasibətləri yaxşılaşdırmaq niyyətini dəstəkləyib-dəstəkləmədiyinə dair sualını belə cavablandırıb:
"Mən artıq demişdim ki, Rusiya-Amerika münasibətlərinin yaxşılaşdırılmasına hələ çox var və proses çətin gedir. Bu proses təkcə Ağ Evdəki müxaliflər tərəfindən deyil, həm də Konqresdə formalaşmış güclü anti-Rusiya lobbisi tərəfindən əngəllənir
Ancaq onu da vurğulamaq istərdim ki, irəliləyiş var və bu, aprelin 10-da İstanbulda keçirilən son məsləhətləşmələr zamanı görüşlərin hər ölkənin öz paytaxtlarında keçirilməsinə dair qəbul edilmiş qərarla təsdiqlənir."