Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevlə əlaqəli 15 fond Ukraynada müharibənin başlanmasından sonra hesablarındakı vəsaiti kəskin şəkildə artırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Moscow Times" məlumat yayıb.
Məlumata görə, keçən ilin sonuna həmin fondlarda 1.08 milyard dollar yığılıb. Fondlar arasında "Dar", "Sosqosproyekt", "Qradislava", "Neva", "Yantarnı kray", "Naşa pravda" və başqaları var.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Sonuncusu - "Naşa pravda" 2023-cü ilin martında Dmitri Medvedevin təşəbbüsü ilə Rusiya ordusunu dəstəkləmək məqsədilə qeydiyyata alınıb. Bu fond ordunu dronlar, gecə görmə cihazları, nişangahlar və tibbi avadanlıqla təchiz edir. İki il ərzində "Naşa pravda" hərbi ləvazimatlara 30.4 milyon dollar xərcləyib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.