AZ

Azərbaycan millisinin baş məşqçisi: Çatışmazlığın üzərində işləyirik

Bakı, 10 iyun, AZƏRTAC

Qarşıda bizi seçmə mərhələ oyunları gözləyir. Təlim-məşq toplanışında istədiyim nəticələri gördüm.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Macarıstan ilə keçirdikləri yoldaşlıq oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, komandada çatışmazlığın olduğunu bildirib: "Lakin bunun üzərində işləyirik. Çalışırıq ki, daha çox inkişaf edək. Əvvəlki ilə müqayisədə milli komanda yaxşı mübarizə apardı".

Qeyd edək ki, görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
86
3
azertag.az

4Mənbələr