
Səudiyyə Ərəbistanının Ciddə şəhərindən azərbaycanlı zəvvarların ilk qrupunu Bakıya gətirən təyyarə təcili olaraq İranın Rəşt şəhərinə eniş edib.Buna səbəb zəvvarlardan birinin səhhətinin qəfil pisləşməsi olub. Təyyarə heyəti vəziyyəti nəzərə alaraq, uçuş zamanı təcili eniş qərarı verib.Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib ki, sərnişinə ilkin tibbi yardım göstərilib. O qeyd edib ki, hazırda hər şey qaydasındadır və təyyarə Bakıya yola düşməyə hazırlaşır.Ulusum.az
Diqqət Çəkənlər
Burun Dolğusu Faciəsi: Klinikanın Fəaliyyəti Dayandırıldı - FOTO
Sülh yoxsa müharibə? Nüvə danışıqları çökərsə, İsrail hücuma keçəcək
Hər Körpəyə 1000 Dollar: Yeni Maliyyə Proqramı Başlayır