AZ

Macarıstan millisinin baş məşqçisi: Azərbaycan millisi əlinə düşən fürsətləri qola çevirsəydi, hesab fərqli ola bilərdi

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 iyun, AZƏRTAC

Azərbaycana millisinə hörmətlə yanaşırıq. İstədiyimizi əldə etdik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Macarıstan millisinin baş məşqçisi Marko Rossi Azərbaycan ilə keçirdikləri yoldaşlıq oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, matçın son 10 dəqiqəsində yaxşı çıxış etmədiklərini bildirib: "Kağız üzərində biz üstün olsaq da, Azərbaycan millisi yaxşı mübarizə apardı. Onların da hücumu oldu. Rəqib əlinə düşən fürsətləri qola çevirsəydi, hesab fərqli ola bilərdi".

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Qeyd edək ki, görüş macarların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
1
azertag.az

2Mənbələr