ain.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Reper Ye (Kanye Uest) ikinci dəfə rəsmi olaraq adını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Post” məlumat yayıb.
Nəşr reperin maliyyə direktoru Hüseyn Lalani tərəfindən imzalanmış reperin şirkətlərinin biznes sənədlərinə (“Yeezy Apparel”, “Yeezy Record Label”, “Getting Out Our Dreams” və s.) istinad edir.
Orada reper yeni adla çıxış edir - Ye Ye.
Ye Ye özü adının dəyişdirilməsinə münasibət bildirməyib.
Qeyd edək ki, Kanye Uest 2021-ci ildə adını rəsmən Ye olaraq dəyişib. Onun məhkəməyə təqdim etdiyi sənədlərdə bu, “şəxsi səbəblərlə” izah edilib. Reper özü də əvvəllər dəfələrlə bəyan edib ki, doğulanda aldığı adı “qul adı” hesab edir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>