BAKI, 10 iyun. TELEQRAF
Qəzada xəsarət alan yaralılardan 4-ü azyaşlıdır
Bu barədə Telqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, bu gün saat 14:08 radələrində Lənkəran rayonu Girdəni kəndi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 6 nəfər (3-ü kişi, 3-ü qadın olmaqla)bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
"Hər birinə zəruri ilkin tibbi xidmətlər göstərilib, müalicələri həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir", məlumatda deyilir.
Qeyd edək ki, bu gün Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qəza qeydə alınıb. "VAZ-2107" markalı nəqliyyat vasitəsi "Mercedes" markalı avtomobillə toqquşub.