AZ

Paltar asmaq istəyərkən 3-cü mərtəbədən yıxıldı - Yenilənib

Bərdədə 50 yaşlı qadın eyvandan paltar asmaq istəyərkən 3-cü mərtəbədən yıxılıb. 

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonda məcburi köçkünlərin məskunlaşdığı 588 saylı qəsəbədə qeydə alınıb. 

1975-ci il təvəllüdlü Vəzifə Hümbətova yaşadığı evin eyvanında ipə paltar asarkən ehtiyatsızlıqdan binanın üçüncü mərtəbəsindən yıxılıb. 

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayon prokrorluğunda araşdırma aparılır.

***

Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, sağ çənə şaxəsinin, sağ qasıq oturaq sümüklərinin, hər iki budun yerdəyişmiş sınıqları, kəllə-beyin travması, travmatik şok (III dərəcə) diaqnozları təyin edilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır stabildir.

 

Ziya Əmirxanlı

Seçilən
82
17
qafqazinfo.az

10Mənbələr