AZ

Ad və soyadlarda dəyişiklik etmək üçün nə edilməlidir? - AÇIQLAMA

Bakı.Trend:

Azərbaycan Respublikası vətəndaşının öz adını, ata adını vəsoyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.Lаkin yеrli icrа hаkimiyyətlərinin qəyyumluq və himаyə оrqаnlаrıuşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə dəsoyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərinbirgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verəbilər.

Bəs, bu proses necə həyata keçirilir?

Mövzu ilə bağlı Ədliyyə Nazirliyindən Trend-ə bildirilib ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 maytarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının vəsoyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinəuyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ataadını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yolverilir.

"Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəvətəndaşın seçdiyi yer üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimivə ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan AzərbaycanRespublikasının vətəndaşı tərəfindən isə konsulluq idarəsinəverilir. Adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinindüzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq idarəsiərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxsinbarəsində tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinin(doğumu, varsa nikahı, nikahının pozulması, övladlarının doğumu vəs.) əldə edilməsi üçün sorğu verir. Adın, ata adının və soyadındəyişdirilməsi haqqında ərizəyə həmin akt qeydləri olduqda baxılır.Akt qeydləri itmişdirsə və ya onlarda hər hansı uyğunsuzluqvardırsa, ərizə və ona əlavə edilmiş sənədlər ərizə verən şəxsəqaytarılır, itmiş akt qeydinin bərpa olunması və ya akt qeydindədəyişiklik aparılması qaydası ona izah edilir", - qurumdan əlavəolunub.

Qeyd edilir ki, ərizə verən şəxsin şəxsiyyətinin müəyyənedilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi iləistintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərintətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyatşöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verənşəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə)göndərir:

"Rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğuvaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələrihaqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinəqaytarır.

Qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasənərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq şəxsinsoyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əksetdirən rəy tərtib edir. Bu halda soyadın, adın və (və ya) ataadının dəyişdirilməsi qeydə alınaraq müvafiq şəhadətnamə verilir.Əks halda isə adın, soyadın və ata adının dəyişdirilməsindən imtinaolunması barədə qərar çıxarır, 5 iş günü müddətində bu barədəərizəçiyə məlumat verir. Adın verilməsindən və yadəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanınınqərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət veriləbilər. Bildirilib ki, “Dövlət rüsumu haqqında” AzərbycanRespublikasının Qanununun 12.3-cü maddəsi ilə soyadın, adın və ataadının dəyişdirilməsinin qeydə alınması üçün 15 manat məbləğindədövlət rüsumu müəyyən edilib. Dövlət rüsumunun ödənilməsi tələbolunan hallarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədtəqdim edilmədən əməliyyat icra olunmur. Adın, soyadın və ataadının dəyişdirilməsi ilə bağlı qanunvericilikdə konkret müddətgöstərilməyib. Ərizəçinin vətəndaşlıq vəziyyəti haqqında bütün aktqeydləri Azərbaycan Respublikasında tərtib olunubsa, bu müddəttəxminən 2-3 ay təşkil edir".

Vəkil Rəşad Əliyev isə Trend-ə qeyd edib ki, Azərbaycan Respublikasının 18yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcudsoyadının sonluğuna dəyişiklik edilir:

“18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklikonların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığagötürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyatakeçirilir. Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilədəyişdirilir. Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədarmüvafiq akt qeydlərində bu barədə qeyd edilir və yenişəhadətnamələr verilir. Soyadın sonluğuna dəyişiklik edilməsihaqqında ərizə vətəndaşın seçdiyi yer üzrə qeydiyyat şöbəsinə və yakonsulluq idarəsinə verilir. Müvafiq akt qeydləri (ərizə verənşəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbuletmiş qeydiyyat şöbəsində və ya konsulluq idarəsində olduqda,soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmişşəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yenişəhadətnamələr verilir. Ərizə verən şəxsin doğumu haqqında vəbarəsində tərtib edilmiş digər vətəndaşlıq vəziyyəti akt qeydləribaşqa qeydiyyat orqanında olduqda, ərizə 3 gün müddətində həminorqana göndərilir.

Akt qeydlərinin olduğu yerin qeydiyyat şöbəsi və ya konsulluqidarəsi 15 gün müddətində daxil olmuş ərizə əsasında həmin aktqeydlərinə zəruri dəyişiklik edir, dəyişikliyin əsasını və tarixinigöstərməklə müvafiq qeydlər aparır. Bu qeydlər onu aparan şəxsinimzası və möhürlə təsdiq edilir. Ərizə verən şəxsə təqdim edilməsiüçün yeni şəhadətnamə ərizəni qəbul etmiş qeydiyyat şöbəsinə və yakonsulluq idarəsinə 3 iş günü müddətində göndərilir”.

O qeyd edib ki, ərizəni qəbul etmiş qeydiyyat şöbəsi və yakonsulluq idarəsi şəhadətnamənin daxil olması barədə ərizə verənşəxsə 3 iş günü müddətində məlumat verir və ərizə verən şəxsqeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə müraciət etdikdə,şəhadətnaməni imza etdirməklə ona təqdim edir:

“Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi soyadın sonluğunadəyişiklik edilməsi haqqında daxili işlər orqanlarının müvafiqqurumlarına, hərbi vəzifəlilərin və çağırışçıların soyadınınsonluğuna dəyişiklik edilməsi barədə isə Səfərbərlik və HərbiXidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbəvə bölməsinə 7 gün müddətində məlumat verir.

Ərizəni qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq idarəsi,akt qeydi başqa qeydiyyat şöbəsində və ya konsulluq idarədə olduqdaisə həmin orqan 3 gün müddətində akt qeydlərinə dəyişiklik edilməsibarədə onların ikinci nüsxələrinin saxlandığı Vətəndaşlıq VəziyyətiAktlarının Reyestri Xidmətinə bildiriş göndərir.

Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən soyadınsonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşınaçatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir.Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfədəyişiklik edilməsinə yol verilmir”.

R.Əliyev vurğulayıb ki, 18 yaşına çatmış Azərbaycan Respublikasıvətəndaşı adını, ata adını və soyadını dəyişdirilməsi ilə bağlımüraciət etmək hüququna malikdir:

"Adın, ata adının və soyadın dəyişdirilməsi üçün ərizəvətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, yəni ZAQS kimitanınan orqana, xarici ölkədə daimi və ya il ərzində 182 gündənartıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşıtərəfindən isə konsulluğa verilir. Ərizədə şəxsin soyadı, adı,atasının adı, adını, ata adını və ya soyadını dəyişdirmək istəyi,daşımaq istədiyi ad, ata adı və soyad, doğulduğu tarix və yer,milliyyəti və vətəndaşlığı, yaşayış və iş yeri, vəzifəsi, hərbiqeydiyyat yeri qeyd edilir. Həmçinin əvvəllər ad, ata adı və soyaddəyişdirilibsə, nə vaxt və harada dəyişdirilməsi barədə məlumat, ocümlədən ərizə verənədək bağladığı nikahlar və onların pozulmasıhaqqında məlumatlar, övladları barədə məlumatlar, xarici ölkələrdəndeportasiya olunmuşdursa, bu barədə məlumatlar və şəxsiyyətinitəsdiq edən sənədin seriyası, nömrəsi və verilmə tarixi qeydedilməlidir. Ərizəyə müvafiq sənədlər də əlavə edilməlidir. Busiyahıya şəxsin doğumu haqqında şəhadətnaməsi, nikahdadırsa, nikahhaqqında şəhadətnamə, nikahı pozulmuşdursa, nikahın pozulmasıhaqqında şəhadətnamə, yetkinlik yaşına çatmayan uşaqları vardırsa,onların doğumu haqqında şəhadətnamələri, Şəxsiyyəti təsdiq edənsənədin bə hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti,həmçinin 3x4sm ölçüdə 2 ədəd fotoşəkili və dövlət rüsumununödənilməsi barədə sənəd əlavə olunur.

Müvafiq qurum araşdırmalardan sonra 15 gün müddətində ərizəverən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsininmümkünlüyünü əks etdirən rəy tərtib edir. Ad, ata adı, soyaddəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq 3 iş günümüddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o,qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün adın, ata adının,soyadın dəyişdirilməsini qeydə alır və müvafiq şəhadətnaməverir.

Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesabedilmədikdə qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsibarədə qərar çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verənşəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyigün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdəona qaytarır”.

Vəkil sonda deyib ki, ad, soyad və ata adının dəyişdirilməsindənimtina edildikdə, vətəndaş bununla bağlı məhkəməyə müraciət etməkhüququna malikdir.

"Hansı hallarda istənilən şəxsin ad, ata adı və soyadınındəyişdirilməsinə yol verilmir?

Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və yatəqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə,ərizə vermişşəxsin götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, müraciətetmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiqedildikdə şəxsin ad, ata adı və soyadının dəyişdirilməsinə yolverilmir.

Qeyd edək ki, bu məsələlə Azərbaycan Respublikası NazirlərKabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiqedilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi”Qaydaları ilə tənzimlənir", - o fikrini tamamlayıb.

Seçilən
64
19
az.trend.az

10Mənbələr