AZ

Sərxoş halda maşın sürən qadın sürücü şirniyyat mağazasına girdi VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Sərxoş vəziyyətdə avtomobil idarə edən qadın sürücü şirniyyat mağazasına 3500 manat ziyan vurub. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Əskişəhər bölgəsində baş verib.

Belə ki, Müəllimlər prospektində A.Z adlı qadın sürücü idarə etdiyi 26-AKS-640 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən sükan idarəetməsini itirərək əvvəlcə yolun kənarındakı barmaqlıqlara, daha sonra şirniyyat mağazasına çırpılıb. Qəzadan sonra hadisə yerinə polis əməkdaşları cəlb edilib. Aparılan müayinə zamanı qadın sürücü 2,64 promil sərxoş olub. Polis xanım sürücü barəsində protokol tərtib edib.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Bundan əlavə, mağazaya dəyən maddi ziyan 80 min lirə (3500 manat) olduğu da müəyyən edilib.

Namiq Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
82
avtosfer.az

1Mənbələr