Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen “Şimal axını” və “Şimal axını – 2” qaz kəmərlərinə qarşı sanksiyaların tətbiqini rəsmi şəkildə təklif edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.
“Avropa Komissiyası ilk dəfə olaraq ‘Şimal axını’ və ‘Şimal axını – 2’ qaz kəmərlərinə qarşı sanksiyaların tətbiqini təklif edir,” — deyə fon der Lyayen Brüsseldə keçirdiyi brifinqdə bildirib.
O, qeyd edib ki, bu sanksiyalar Avropa şirkətlərinin həmin boru kəmərləri və onların operatoru ilə istənilən formada əməkdaşlığını qadağan edəcək.