NATO sammiti ilə əlaqədar Niderland hökuməti Haaqa ətrafında 16 kilometr radiusda bütün dronların — istisnasız olaraq çəkisindən və növündən asılı olmayaraq — uçuşunu qadağan edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “RIA Novosti” rəsmi hökumət saytına istinadla məlumat yayıb.
Qeyd olunur ki, bu qadağa yalnız polis və müdafiə nazirliyinin təhlükəsizlik məqsədilə istifadə etdiyi pilotsuz uçuş aparatlarına şamil olunmur.
Hökumətin açıqlamasına görə, qadağa Haaqa ərazisində 18–25 iyun tarixlərində, Şipxol və Rotterdam-Haaqa hava limanları ətrafında isə 23–25 iyun tarixlərində qüvvədə olacaq.
NATO sammiti 24–25 iyun tarixlərində Haaqadakı Konqres Mərkəzində keçiriləcək. Əvvəlki məlumatlara əsasən, bu il sammitdə əsas diqqət hərbi xərclərin artırılması və istehsalın genişləndirilməsinə yönələcək. Ukraynanın NATO-ya üzvlüyü məsələsi bu dəfə əsas gündəmdə olmayacaq.