AZ

Səbəbsiz narahatlıq bəzən psixi bir siqnaldır – Həkim-psixiatr Zaur Qasımov – VİDEO

Bəzən insanları bir çox şey narahat edir. Buna görə sıxıntı, həyəcan, gərginlik, səbəbsiz narahatlıq, əhval ruhiyyəsinin aşağı olması, bir işi sonlandıra bilməməsi həyat fəaliyyətinə təsirlər göstərir.

NOCOMMENT.az xəbər verir ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı bu sual ətrafında fikirlərini bölüşüb.

Həkim

Həmin bu həyat fəaliyyətinə təsir göstərən bu narahatlıqların arxasında izah edilə bilməyən heç bir xəstəlik, somativ xəstəliklər yatmır. Yəni, ürəklərini yoxlatdırırlar, böyrəklərini, digər sinir sistemini yoxlatdırırlar. Hər hansı pozuntu aşkara çıxmır.

Bu olan halda həmin insanları bir şey narahat edir – məndə nə baş verir? Bu narahatlıqlar nədən yaranıb? Nə olub ki, mən belə hallarla rastlaşmışam? Belə olan hallarda əlbəttə ki, bunun adı hər hansısa psixi pozuntunun əlamətləri var və bunlarla bağlı həkim-psixiatra müraciət etmələri məqsədə uyğundur.

Seçilən
53
nocomment.az

1Mənbələr