AZ

Ağdamda Qazanxana tikintisi ilə bağlı tenderin vaxtı uzadıldı

BAKI, 10 iyun. TELEQRAF

Ağdam, Füzuli Və Xocavənd Rayonlarında Bərpa,Tikinti Və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsİ “Ağdam şəhərinin 2 nömrəli yaşayış massivinin Qazanxana kompleksinin tikintisi və quraşdırılması işləri”nin satın alınması ilə bağlı elan etdiyi açıq tenderin təkliflərinin son təqdim olunma və zərflərin açılış tarixini uzadıb.

Teleqraf xəbər verir ki, mayın 7-si dərc edilən tender üçün təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi iyunun 11-i olub, lakin qurum bu tarixləri iyunun 20-ə qədər uzadıb.

Kompleksin tikintisi ilə bağlı işlər üçün ehtimal olunan qiymət 1 milyon 172 min 681 manatdır.

Qeyd edək ki, təchizatçılar təkliflərini təqdim etmək üçün 600 manat iştirak haqqı ödəməlidirlər.

Seçilən
47
teleqraf.com

1Mənbələr