AZ

Slovakiya XİN: Ukrayna münaqişəsinin hərbi həlli yoxdur

Ukrayna münaqişəsinin hərbi həll yolu yoxdur və diplomatik yolla nizamlanması vacibdir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Slovakiyanın xarici işlər naziri Yuray Blanar bildirib.

“Biz üçün münaqişənin başlanğıcından bəri, hələ müxalifətdə olduğumuz vaxtlardan aydın idi ki, bu münaqişənin hərbi həlli yoxdur, diplomatik həll yolunu axtarmaq lazımdır,” — deyə o qeyd edib.

Blanar əlavə edib ki, Slovakiyanın mövqeyi Çexiyanın mövqeyi ilə çox oxşardır, yalnız ölkələr münaqişənin sona çatdırılması yollarını fərqli görürlər.

Seçilən
77
nocomment.az

1Mənbələr