AZ

"Bu cür sərgilərin təşkil edilməsi ölkəmizdə istehsal olunan məhsulların xaricə ixracını daha da artıracaq" - Ramin Şərifov

"Bu cür sərgilərin təşkil edilməsi ölkəmizdə istehsal olunan məhsulların xaricə ixracını daha da artıracaq" - Ramin Şərifov"Kiçik və Orta biznesin İnkişafı Agentliyi (KOBİA) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) tərəfdaşlığı, Kiçik və Orta Biznesin Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və "ROK Expo" şirkətinin təşkilatçılığı ilə Baku Expo Mərkəzində II Türk Ticarət Sərgisi - Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi öz işinə başlayıb. Sərgi iyunun 12-dək davam edəcəkək. Bu cür sərgilərin təşkil edilməsində ən böyük məqsədimiz Azərbaycana maksimum investisiya gətirmək, ölkəmizdə istehsal olunan məhsulların xaricə ixracını artırmaqdır".

Bunu Sonxeber.az -a açıqlama verən Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) İdarə Heyətinin sədri Ramin Şərifov deyib.

Ramin Şərifov bildirib ki, bu gün II Türk Ticarət Sərgisi Azərbaycanda keçirilir. I Türk Ticarət Sərgisi Türkiyədə uğurla keçirilmişdi:

"Bu gün başlayan sərgi ilə bağlı Azərbaycana 8 türkdilli ölkədən qonaqlar gəlib. Sərginin açılışı ilə bağlı təşkil olunan tədbirdə hörmətli millət vəkilləri, səfirlər və digər rəsmilər də iştirak edir. Gördüyünüz kimi, ən böyük stendlərdən biri də Özbəkistana aiddir. Bizim bu sərgini keçirməkdə məqsədimiz türkdilli dövlətlər arasında iqtisadi və biznes sahəsində əlaqələri daha da genişləndirilməsidir. Sərgiyə gələn qonaqlar təkcə türkdilli ölkələrdən deyil, həm də ərəb və digər dövlətlərdəndir. Tədbirimizə Rusiyadan, Çindən də qonaqlar gəlib və onlar bu sərgidən faydalanırlar. Əvvəl vurğuladığım kimi bu cür sərgilərin təşkil edilməsi Azərbaycana maksimum investisiya gətirməklə yanaşı həm də ölkəmizdə istehsal olunan məhsulların xaricə ixracını daha da artıracaq. Bununla bağlı biz Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosasiyası olaraq öz dəstəyimizi veririk. Bizim tərkibimizdə olan üzvlər bu sərgidə iştirak edirlər. Gördüyünüz kimi sərgidə KOBİA-nın da stendi var. Onların hər biri sərgidə uğurla təmsil olunurlar. Bu gün burada bizim yerli sahibkarlarımız üçün çox gözəl şəraitlər yaradılıb. Burdan KOBİA-nın sədri cənab Orxan Məmmədova da öz təşəkkürümü bildirirəm ki, bizim yerli istehsalçılar üçün belə bir şərait yaradır".

Seçilən
91
sonxeber.az

1Mənbələr