AZ

Azdram da qalmaqal: O yaltaqlar bilsinlər ki... Xanlarovadan SƏRT SÖZLƏR

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Əməkdar artist Mehriban Xanlarova mətbuata son açıqlamalarında Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin fəaliyyəti ilə bağlı danışdığını, lakin onun adının xəbərlərdən məqsədli şəkildə çıxarıldığını iddia edib. Hətta aktrisa bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcidə də suallar ünvanlayıb.

Akademik Milli Dram Teatrın nə baş verir? Mehriban Ələkbərzadənin “müdafiəçisi” kimdir?

Globalinfo.az bununla bağlı aktrisa Mehriban Xanlarova ilə əlaqə saxlayıb.

O, mədəniyyət naziri Adil Kərimlinin aktyorlarla görüş keçirdiyini və Mehriban Ələkbərzadə ilə bağlı bütün şikayətlərin dinləndiyini deyib:

“İclasda Mehriban Ələkbərzadə söz istəsə də, ona bu haqq verilməyib. Bundan sonra bütün aqressiyasını həmkarım Məsmə Aslanqızının üzərinə tökərək onu ağır formada, ağıza alınmayacaq təhqiramiz söyüşlərlə təhqir edib. Bunu teatrın kameraları çəkib. Üstəgəl, hadisənin canlı şahidləri var. Hətta bu məsələ ilə bağlı bütün lazımi yerlərə rəsmi şəkildə məlumat göndərilib. Mehriban Ələkbərzadənin teatrdakı hegemonluğu, özbaşınalıqları barədə mart ayından bu günə qədər Xalq artisti Əli Nur, əməkdar artistlər Münəvvər Əliyeva, Məsmə Aslanqızı mətbuatda həqiqətləri dilə gətiriblər. Lakin Ələkbərzadənin dostları bu mübarizəyə müxtəlif “don geyindirərək” məsələni başqa yönə çəkirlər. Bildirirlər ki, o, “şedevr” rejissordur, işiniz olmasın. Aktyorların şikayəti onun bədii rəhbər olaraq idarəçilik fəaliyyətindən, kollektivə qarşı yuxarıdan aşağı münasibət bəsləməyindəndir. Mehriban Ələkbərzadə müsahibələrində onsuz da bunu etiraf edir. “Balaca problem olan kimi aktyoru kəsib atıram, onlara qışqırıram, əllərindən vururam”, deyə o bildirib”.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Aktrisa Mehriban Ələkbərzadə ilə bağlı bəzi qərarların verildiyini xatırladıb:

“Şikayətlərin nəticəsi olaraq, təkcə onun otağını dəyişdilər və dövlətin verdiyi maşını əlindən aldılar. Bununla da, baş verən hadisələri ört-basdır etməyə, aktyorları sakitləşdirməyə çalışırlar. Amma unudurlar ki, Mehriban Ələkbərzadə teatrdan çıxıb getməyənə qədər skandallar, qalmaqallar səngiməyəcək”.

Əməkdar artist teatrın bədii rəhbərinin havadarlarına müraciət edib:

“Onu müdafiə edənlər, yaltaqlar bilsinlər ki, söhbət Ələkbərzadənin aktyorlara qarşı nümayiş etdirdiyi aşağılayıcı idarəetmə tərzindən gedir. O, teatrdan gedənə qədər haqq mübarizəmiz davam edəcək. Hər kəs bilsin ki, Mehriban Ələkbərzadənin teatr daxilində qurduğu hegemonluq təkcə otağını dəyişməklə, maşınını əlindən almaqla həll olunmayacaq”.

Mehriban Ələkbərzadənin fikirlərini dərc etməyə hazırıq.

Zaira Akifqızı

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
globalinfo.az

1Mənbələr