AZ

Əli Əsədov Şafkat Mirziyoyevlə görüşdü

BAKI, 10 iyun. TELEQRAF

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev 10 iyun tarixində Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün ölkəmizdə olan Azərbaycan Respublikası Baş Naziri Əli Əsədovu qəbul edib.

Teleqraf xəbər verir ki, Əli Əsədov Özbəkistan liderinə Prezident İlham Əliyevin salamlarını və ən xoş arzularını çatdırıb.

İki ölkə arasında dostluq, strateji tərəfdaşlıq və ittifaq münasibətlərinin daha da genişləndirilməsi və möhkəmləndirilməsi ilə bağlı aktual məsələlər müzakirə edilib.

İqtisadi əməkdaşlıq ili çərçivəsində birgə səmərəli işlərin həyata keçirildiyi məmnunluqla qeyd olunub.

Əldə olunmuş razılaşmaların icrasına nəzarət etmək və gələcək yüksək səviyyəli görüş üçün yeni təşəbbüsləri irəli sürmək məqsədilə hökumətlər səviyyəsində yaxından praktik əməkdaşlığın davam etdirilməsi vacib olduğu vurğulanıb.

Bu mənada, Hökumətlərarası Komissiyanın növbəti iclasının və iki ölkənin regionları forumunun yüksək məhsuldarlığının təmin olunması zərurəti qeyd edilib.

Seçilən
47
1
teleqraf.com

2Mənbələr