AZ

“Böyükhesablı məğlubiyyət olmasa, Santuş davam edəcək” – axşam üçün proqnoz

Fernando Santuş bu gün Azərbaycan millisini növbəti oyuna çıxaracaq. Geridə qalan 9 oyunda komandamızın 7 məğlubiyyəti, 2 heç-heçəsi var.

Portuqaliyalı mütəxəssis Belarusla oyundan əvvəl “cəmi altı oyundu burdayam, nəyi dəyişə bilərəm?” demişdi. Axşam oyun sayı artıq 10 olacaq. Amma hələ də dəyişən nəsə yoxdu.

Bəs Aslan Kərimov necə düşünür? Bugünkü oyun və mümkün məğlubiyyət portuqaliyalı mütəxəssisin gedişinə gətirib çıxaracaq?
“Allah uzaq eləsin, böyükhesablı məğlubiyyət, fors-major olarsa, federasiya sərt qərar verə bilər. Düşünürəm ki, başqa ssenari olduğu halda, göndərilməz. Onsuz da Macarıstan yığması bizdən güclüdü və bizə qalib gəlmək iqtidarındadı. Millimizin macarlara məğlub olması baş məşqçinin göndərilməsinə səbəb olmamamlıdı. Dediyim kimi, məncə, böyükhesablı məğlubiyyət olmasa, Santuş davam edəcək”.
MÜZƏFFƏR QULUZADƏ
Seçilən
60
1
football-plus.az

2Mənbələr