AZ

Menyanın İngiltərə nəhənginə transferi baş tutmadı SƏBƏB

Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Milan"ın və Fransa millisinin qapıçısı Mik Menyanın "Çelsi"yə transferi bu yay baş tutmayacaq.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb. 

Xəbərə görə, tərəflər klublararası dünya çempionatı başlayana qədər 29 yaşlı qolkiperin transferi ilə bağlı ortaq məxrəcə gələ bilmədikləri üçün danışıqlar dayandırılıb. Mənbə İtaliya nəhənginin qarşı tərəfdən 25 milyon avro istədiyini, "zadəganlar"ın isə qolkiperin keçidini 15 milyon avroya həyata keçirməyi planlaşdırdıqlarını vurğulayıb.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Qeyd edək ki, Menyan son mövsümdə "Milan"ın forması ilə bütün turnirlərdə 53 matça çıxaraq bunların 15-də qapısını toxunulmaz saxlayıb. Onun "qırmızı-qaralar"la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
fanat.az

2Mənbələr