AZ

Hansı küçələrdə "dropoff" məntəqələri olacaq?

“Gənclik Mall”un parklanma yerinin giriş hissəsində “dropoff” məntəqəsi - mindirib-düşürmə yeri yaradılıb. Bəs şəhərin başqa hansı küçələrində bu məntəqələrdən yaradılmasına ehtiyac var? Nəqliyyat eksperti Rauf Ağamirzəyev Metbuat.az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bu istiqamətdə təhlillər apardığını, mümkün imkanları araşdıraraq bu yöndə işlər gördüyünü söyləyib. “Əsasən, şəhərin digər hissələrində də oxşar məntəqələrin təşkilinə böyük ehtiyac var. Məsələn, Yusif Səfərov küçəsi belə bir məntəqə üçün uyğun yerlərdən biridir”, - deyə R.Ağamirzəyev bildirib. Qeyd edək ki, başqa hansı küçələrində bu məntəqələrdən yaradılacağı ilə bağlı AYNA-dan sorğumuza cavab verilib ki, məlumat olduğu təqdirdə təqdim ediləcək.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
96
1
metbuat.az

2Mənbələr