“Transfermarkt” internet-portalı yay yenilənmələri üzrə İspaniya La Liqasının ən bahalı oyunçularında ibarət onluğunu açıqlayıb.
Arena.az məlumat verir ki, siyahının zirvəsində “Barselona”nın 17 yaşlı ispaniyalı ulduzu, sağ cinah hücumçusu Lamin Yamal yer alıb.
Yamal 200 milyon avro məbləğində qiymətləndirilərək, həmçinin dünyanın ən bahalı oyunçusu ünvanıa sahib olub.
Maraqlıdır ki, daha əvvəl transfer dəyəri 200 milyon avro məbləğində qiymətləndirilmiş, “Real”ın braziliyalı cinah hücumçusu Vinisius Juniorun transfer dəyəri 30 milyon avro məbləğində ucuzlaşaraq, hazırda 170 milyon avro məbləğ təşkil edir.
İspaniya La Liqasının ən bahalı oyunçularından ibarət onluğu təqdim edirik:
- Lamin Yamal (“Barselona”) – 200 milyon avro;
- Kilian Mbappe (“Real”) – 180 milyon avro;
- Cud Bellingem (“Real”) – 180 milyon avro;
- Vinisius Junior (“Real”) – 170 milyon avro;
- Pedri (“Barselona”) – 140 milyon avro;
- Federiko Valverde (“Real”) – 130 milyon avro;
- Xulian Alvares – (“Atletiko”, Madrid) – 100 milyon avro;
- Rafinya (“Barselona”) – 90 milyon avro;
- Rodriqo (“Real”) – 90 milyon avro;
- Pau Kubarsi (“Barselona”) – 80 milyon avro.