ain.az, Azertag portalına istinadən məlumat verir.
Astana, 10 iyun, AZƏRTAC
Almatıda müasir ZHETYSU konteyner terminalının açılışı baş tutub. Bu genişmiqyaslı infrastruktur layihəsi “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin törəmə şirkəti olan “Kedentransservis” ASC ilə Çinin “Xi’an Free Trade Port Construction and Operation” şirkəti arasında beynəlxalq tərəfdaşlığın nəticəsidir.
AZƏRTAC “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, əsas nəqliyyat magistrallarının kəsişdiyi ərazidə yerləşən və illik gücü 115 000 TEU olan terminal yüklərin konsolidasiyası üçün strateji mərkəzə və Qazaxıstanın ən böyük idxal logistika qovşağına çevriləcək. Terminal nəqliyyat əlaqələrini gücləndirəcək və logistika xərclərini azaldacaq.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Açılış günü terminala Çinin Sian şəhərindəki Qazaxıstan-Çin yük terminalından yola salınmış ilk konteyner qatarı daxil olub.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.