AZ

Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var

İyunun 10-da Avstriyanın cənub-şərqindəki Qrats şəhərində məktəbdə atışma baş verib.

Xəzərnews.az xarici mediaya istinadla xəbər verir ki, ən azı 10 qurban və 20 yaralı artıq məlumdur.

Atəş açdığı iddia edilən məktəb şagirdi daha sonra tualetlərdən birində ölü tapılıb. Jurnalistlər onun zorakılığın qurbanı ola biləcəyini deyirlər.

Saat 12:32-də polis əməliyyatın başa çatdığını və insanlar üçün artıq təhlükənin olmadığını bildirib.

Xəbər 2 dəfə oxunub.
Seçilən
101
xezernews.az

1Mənbələr