AZ

“Sumqayıt”ın baş məşqçisi yerli olacaq, yoxsa əcnəbi? - klubdan açıqlama

Premyer-liqa təmsilçilərindən “Sumqayıt”la “Kəpəz”in baş məşqçisi bəlli olmasa da, gəncəlilər, heç olmasa bu postu yerli mütəxəssisə tapşıracağını elan edib.

Bəs sumqayıtlılarla bağlı durum necədi? Danışıq apardıqları mütəxəssislər yerlidi, yoxsa əcnəbi?

Bu sualı klubun mətbuat katibi Zaur Xudiyevə ünvanladıq:
“Hələ ki heç kimlə danışıq aparmırıq - nə əcnəbi, nə də yerli mütəxəssislə. Rəsmi nəsə olsa, açıqlama veriləcək”.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
75
1
football-plus.az

2Mənbələr