Dortmund "Borussiya"sı Cob Bellinqemi transfer etdiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, "arılar" 19 yaşlı futbolçu üçün 33+5 milyon avro ödəyəcək.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Cob "Real Madrid"də çıxış edən Cud Bellinqemin balaca qardaşıdır. Cud özü də 2020-23-cü illər arasında "Borussiya"nın formasını geyinib.