Azərbaycanlı hakimlər bu yay da ölkədən kənara çıxmayacaq.
Sonuncu dəfə 2017-ci ildə AFFA-ya Rövnəq Abdullayevin rəhbərlik etdiyi dönəmdə Avropaya yollanan ədalət təmsilçiləri son 7 ilin yay hazırlığını Azərbaycanda keçmişdi.
Düşünmək olardı ki, assosiasiyaya Rövşən Nəcəfin cavabdehlik daşıması ilə hakimlərin hazırlıq prosesi yönündə yenilik olacaq.
Redaksiyamıza daxil olan məlumata görə, yeni rəhbərlik də referilərin yay toplanışı üçün büdcədən vəsait ayırmağı məqsədəuyğun saymayıb.
Odur ki, iyulun ortalarında bir araya gələcək hakimlər hazırlığı ölkə daxilində keçəcək. Məkan böyük ölçüdə Bakı olacaq. Lakin Qəbələ və Mingəçevir variantları da istisna olunmur.
Maraq üçün bildirək ki, 2025/26 Premyer Liqa mövsümü avqustun 15-də start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ