“Sanderlend” “Mançester Siti”nin yarımmüdafiəçisi Çarli Qreyi transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, 19 yaşlı futbolçu komandadan ayrılacaq Cob Bellinqemin potensial əvəzedicisi kimi nəzərdən keçirilir.
Yarımmüdafiəçi 2024/25 mövsümündə “Mançester Siti”nin gənclər komandasının heyətində bütün yarışlarda 29 oyunda 1 qol vurub və 8 məhsuldar ötürmə edib.