AZ

Türkiyənin LRIT sistemi dənizdə milli suverenliyi gücləndirir

BAKI,TurkicWorld

Türkiyə bayraqlı gəmilər LRIT sistemi ilə dünyanın istənilən yerindən real vaxtda izlənilə bilir.

TurkicWorld xəbər verir ki, Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, Türksat tərəfindən inkişaf etdirilən və idarə olunan Uzun Menzilli Tanıma və İzləmə (LRIT) sisteminin dənizlərdə milli suverenliyi gücləndirdiyini bildirib. Onun sözlərinə görə, bu sistem yalnız izləmə vasitəsi deyil, eyni zamanda dəniz qəzaları, axtarış-xilasetmə və ətraf mühitin mühafizəsi kimi sahələrdə də mühüm funksiyalar yerinə yetirir.

Qeyd edək ki, LRIT sistemi Türksatın yerli və milli texnologiyası ilə hazırlanıb və Türk bayraqlı gəmilərin min dəniz mili məsafəyə qədər izlənməsini təmin edir.

Seçilən
48
turkic.world

1Mənbələr