AZ

BYD-nin Özbəkistandakı filialı Azərbaycanda avtomobil yığmağa maraq göstərir

Çinin avtomobil istehsalçısı BYD şirkətinin Özbəkistandakı filialı Azərbaycanda avtomobil yığmaqda maraqlıdır.

Bunu "Report"a açıqlamasında Özbəkistandakı satış müdiri Azimjon Həsənov bildirib.

O qeyd edib ki, hazırda şirkət Özbəkistanın Çizak şəhərində ildə 50 min avtomobil istehsal edir: “Əsas modellərimiz "Song Plus" və "Chazor"dur. İstehsal prosesi ştamplama, yığma, boyama və qaynaq işlərini əhatə edir”.

A. Həsənovun sözlərinə görə, hələ Azərbaycanda istehsalla bağlı hər hansı əlaqə yaradılmayıb: “Lakin biz zərbaycan bazarını araşdırırıq. Əgər əməkdaşlıq üçün maraq və tələbat olarsa, şirkət burada da fəaliyyət göstərməyə hazırdır”.

Mənfəət məsələsinə toxunan menecer əlavə edib ki, bu, Azərbaycanda yaradılacaq şəraitdən asılıdır: "Yaxşı şərtlər təmin olunarsa, şirkət əməkdaşlıq imkanlarını qiymətləndirəcək".

BYD avtomobilləri Özbəkistanda istehsal olunur və sonradan dilerlərə verilir, satış isə dilerlərin üzərinə düşür.

Seçilən
74
1
report.az

2Mənbələr