İranın Ərdəbil vilayətinin valisi Məsud Emami Yeqane İranın Azərbaycana yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilu ilə görüşüb və İran prezidentinin Azərbaycana son səfəri zamanı qəbul edilən qərarların ciddi şəkildə icrasının vacibliyini vurğulayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Azad İran" "Telegram" kanalı yayıb.
Məsud Emami, həmçinin, Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə ilə görüşünü də xatırladıb.
"Öz sərhəd və iqtisadi imkanlarını nəzərə alaraq, Ərdəbil vilayəti birgə sənaye zonasının yaradılmasında rol oynamağa hazırdır", - deyə o bildirib.
Öz növbəsində Möctəba Dəmirçilu qeyd edib ki, Ərdəbil vilayətinin potensialı iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır.
"Səfir kimi fəaliyyətim dövründə quru nəqliyyat marşrutlarının bərpası, dəmir yolu xətlərinin inşası və Ərdəbil dəmir yolu şəbəkəsinin Azərbaycanın dəmir yolu sisteminə qoşulması istiqamətində ciddi addımlar atılacaq", - deyə o vurğulayıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta