Norveçin “Molde” klubunun “Qarabağ”ın hücumçusu Nəriman Axundzadəyə maraq göstərməsi barədə məlumat vermişdik.
Bizim.Media xəbər verir ki, bu ilin mart ayında “Molde” Axundzadəni heyətə qatmaq istəsə də, transfer dövrü yekunlaşdığı üçün məqsədinə nail ola bilməmişdi.
Son məlumatlara görə Skandinaviya təmsilçisi Axundzadənin transferindən imtina edib.
Nərimana isə Avropanın digər klubları maraq göstərir. Ancaq millimizin üzvünə hələ ki, konkret təklif gəlməyib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta