AZ

"Qarabağ"ın qapıçısı millinin heyətindən çıxarıldı

style='margin-bottom:10px;'>

"Qarabağ"ın qapıçısı Mateuş Koxalski Polşa millisinin heyətindən çıxarılıb.

QOL.az xəbər verir ki, bu haqda Polşa mətbuatı məlumat yayıb. Baş məşqçi Mixail Probej bu haqda  qərarı Finlandiyaya qarşı keçiriləcək DÇ-2026-nın bugünkü rəsmi matçından əvvəl verib. 

Görüş üçün yekun 23 nəfərlik heyətə adları salınmayan 3 oyunçu arasında "Qarabağ"lı da var. O, görüşü tribunadan izləməli olacaq.

Milliyə çağırılan digər 3 qapıçısı - Bartoş Mrozek, Lukaş  Skorupski və Martsin Bulka isə matça sifariş olunacaq.
 

Seçilən
51
1
teleqraf.com

3Mənbələr