AZ

Milli texniki reqlament layihələri ictimai dinləmə və müzakirəyə çıxarılıb

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi milli texniki reqlament layihələrinin ictimai dinləməsi və müzakirəsinə başlayıb.

İctimai müzakirənin keçirilməsində əsas məqsəd texniki reqlament layihələri ilə bağlı rəy və təkliflərin alınması, maraqlı tərəflərin texniki reqlamentlərin hazırlanmasında fəal iştirakının təmin edilməsi, texniki reqlamentlərdə nəzərdə tutulmuş tələblərin və onların tətbiqinin müsbət nəticələrinin geniş ictimaiyyətə çatdırılmasından ibarətdir.

Dövlət orqanları, sahibkarlıq subyektləri, mütəxəssislər və digər maraqlı tərəflər Agentliyin rəsmi internet səhifəsinə (www.competition.gov.az) daxil olaraq “Qanunvericilik” bölməsinin “Texniki reqlament layihələrinin ictimai dinləməsi və müzakirəsi” alt-bölməsi vasitəsilə (https://competition.gov.az/az/page/qanunvericilik/texniki-reqlament-layihelerinin-ictimai-dinlenmesi-ve-muzakiresi) ictimai dinləmə və müzakirə iştirak edə bilərlər.

Seçilən
45
7
aznews.az

8Mənbələr