Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) 2028-ci il iyulun 1-dən tənzimləyici tərəfindən müəyyən ediləcək və onun rəsmi internet saytında dərc olunacaq.
Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) aşağıdakılardır:
- qazın topdansatış tarifləri;
- qazın nəqli tarifləri;
- qazın saxlanması xidmətlərinin tarifləri;
- qazın paylanması tarifləri;
- istehlakçılara qazın pərakəndə satış tarifləri;
- qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri;
- qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri;
- sabit tarif.
Sabit tarif qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif element olacaq.
Qaz təchizatı sektorunda qiymətlərin (tariflərin) müəyyən olunması zamanı nəzərə alınmalı olan itkilər sistem operatorlarının qaz itkilərinin hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi qaydalarına uyğun olaraq hesablanacaq. Qaz təchizatı subyektləri və onlarla istehlakçılar arasında qarşılıqlı hesablaşmaların aparılması məqsədilə qazın ölçülməsi ilə bağlı məsələlər kommersiya uçotu qaydaları ilə tənzimlənəcək.
Keçid maddələrinə əsasən, qazın topdansatış, nəqli, saxlanması xidmətləri, istehlakçılara pərakəndə satış, qazın nəqli şəbəkəsinə qoşulma xidmətləri, və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri, o cümlədən sabit tarif bu qanunun qüvvəyə mindiyi gündən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəcək. Qazın paylanması tarifləri isə 2027-ci il yanvarın 1-dən 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəcək. Qeyd edilənlər nəzərə alınmaqla, tənzimləyicinin səlahiyyətləri 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.
10Mənbələr
-
operativmm.azQazla əlaqədar yeni sabit aylıq tarif olacaq ( 18196969)
-
cebheinfo.azQazla əlaqədar yeni sabit aylıq tarif olacaq ( 18196921)
-
metbuat.azQazın yeni orta aylıq məbləği müəyyənləşdi ( 18196123)
-
yeniavaz.comQazla əlaqədar yeni sabit aylıq tarif olacaq ( 18196003)
-
teleqraf.comQazdan istifadəyə görə sabit tarif tətbiq ediləcək - MM-də ilk oxunuşdan keçdi ( 18195859)
-
unikal.azQazın qiyməti belə tənzimlənəcək - Yeni qayda ( 18195547)
-
moderator.azAzərbaycanda qaz pulunun hesablanması dəyişir - Yeni QAYDA (Yenilənib) ( 18090190)
-
ekologiya.azAzərbaycanda qaz pulu ilə bağlı QƏRAR VERİLDİ - iyulun 1-dən... ( 18080170)
-
viral.azQazla əlaqədar yeni sabit aylıq tarif OLACAQ ( 18078538)
-
demokrat.azQazla əlaqədar yeni sabit aylıq tarif olacaq ( 18075877)