AZ

Qaz təchizatı ilə bağlı qanun layihəsinin tətbiqi dairəsi müəyyənləşir

BAKI, 10 iyun. TELEQRAF

"Qaz təchizatı haqqında" Qanun layihəsinin tətbiq dairəsi müəyyənləşir.

Teleqraf xəbər verir ki, sözügedən məsələ parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Qaz təchizatı haqqında" yeni qanun layihəsində əksini tapıb.

Sənəddə qeyd olunur ki, qanun qaz təchizatı subyektlərinə, istehlakçılara, dövlət orqanlarına (qurumlarına), o cümlədən tənzimləyiciyə şamil olunur.

Həmçinin Qaz yataqlarının kəşfi və işlənməsi, qazın hasilatı, istehsalı, emalı, ixracı, nəqlə hazırlanması və neft-qazçıxarma müəssisələri tərəfindən onun toplanılıb təchizat məntəqəsinə qədər çatdırılması, mayeləşdirilməsi, maye qazın satışı və istehlakı, habelə mühərriklərdə yanacaq şəklində işlədilən sıxılmış qazın istifadəsi, qazın dəmir yolu, avtomobil yolları, hava və su nəqliyyatı vasitəsilə daşınması və qaz qurğularının sertifikatlaşdırılması ilə əlaqədar münasibətlər digər qanunları ilə tənzimlənir.

Bu qanun Azərbaycanın ayrı-ayrı qanunları ilə təsdiq edilmiş hasilatın pay bölgüsü haqqında sazişlərə və qazın ixrac boru kəmərləri vasitəsilə nəql edilməsinə dair sazişlərə və həmin sazişlər çərçivəsində bağlanılmış və ölkə qanunları ilə təsdiq edilmiş digər sazişlər üzrə münasibətlərə yalnız həmin sazişlərdə nəzərdə tutulan və həmin sazişlərə zidd olmayan hallarda şamil edilir.

Seçilən
10
1
teleqraf.com

2Mənbələr