Avstriyanın Qrats şəhərində məktəbdə atışma baş verib.
Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, atışma nəticəsində 11 nəfər ölüb.
Yaralı şəxslər helikopterlə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Qeyd olunub ki, məktəbdəki bütün insanlar təxliyə edilib. Atəş açan şəxsin həmin məktəbdə təhsil aldığı və ölü tapıldığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.