AZ

David Menser: İrana nüvə silahı əldə etməsinə imkan verməyəcəyik

BAKI, 10 iyun. TELEQRAF

“İsrail İranın nüvə silahına malik olmasına imkan verməyəcək”.

Teleqraf xəbər verir ki, bunu İsrail hökumətinin sözçüsü David Menser deyib.

“İsrail özünü qorumağa qadirdir və biz lazım olan bütün addımları atacağıq”, - ölkə rəsmisi bildirib.

D.Menser əlavə edib: “İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyik və özümüzü İran rejimindən qorumaq gücündəyik. Biz sülhü dəstəkləyirik və İran xalqı ilə heç bir problemimiz yoxdur. Amma Tehrana qarşı maksimum təzyiq siyasətini davam etdirəcəyik”.

Seçilən
70
teleqraf.com

1Mənbələr