“Sly and the Family Stone” qrupunun solisti, Sli Stoun adı ilə tanınan Silvestr Stüart vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə BBC News məlumat yayıb.
Ailəsini verdiyi məlumata görə, Silvestr Stüart uzun müddət davam edən sağlamlıq problemləri səbəbindən vəfat edib.
Qeyd edək ki, müğənni xroniki obstruktiv ağciyər xəstəliyindən əziyyət çəkirdi.