
Belarus prezidenti Aleksandr Lukaşenko ölkə inematoqrafiyasının “Brest qalası”nda “ilişib qaldığını” bildirib.
Reyting.az xəbər verir ki, bu barədə Aleksandr Lukaşenko mədəniyyət işçiləri ilə görüşündə danışıb.
O, “Belarusfilm” studiyasının məhsullarını və ölkədə kino sənayesinin fəaliyyətini “son dərəcə qeyri-qənaətbəxş” adlandırıb: “Yerli kinonun inkişafı üçün bütün şərait yaradılıb. Amma gəlir hələ də sıfırdan aşağıdır. Mənfidir! Tamaşaçı real nəticəni görmür. Əksər belaruslar üçün yerli kino “44-cü ilin avqustu...” və “Brest qalası” ilə bitdi”.
ELÇİN