Bakı. Trend:
Avstriyanın Qrats şəhərinin Lend rayonunda yerləşən məktəbdəatışma baş verib.
Trend xəbər verirki, bu haqda yerli “Krone” nəşri məlumat yayıb.
Məlumata əsasən , insident nəticəsində azı, hücumu həyatakeçirənin özü daxil olmaqla, 9 nəfər həyatını itirib, bir neçənəfərin yaralandığı bildirilir. Ölənlərdən yalnız biri yetkinşəxsdir, qalan qurbanların şagirdlər olduğu deyilir.
Əraziyə səfərbər olunan polis qüvvələri binanı mühasirəyə alıb,içəridə təhlükəsizlik tədbirləri həyata keçirilir.
İlkin məlumata görə, silahlı hücumu həyata keçirən şəxs məktəbintualetlərindən birində ölü vəziyyətdə aşkarlanıb. İntihar etdiyigüman edilən həmin şəxsin məktəb şagirdlərindən biri olduğudeyilir.